Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyevin 100 illiyi (1923-2023) yubiley medalı” təqdim olunub

19 mart 2024 | 15:23

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə bir sıra şəxsləri “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif etmişdir.

Təltif olunanlar sırasında Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov, “Naftalan Müalicə və Sağlamlıq Mərkəzi”nin direktoru İlqar Hüseynov da var.

Yubiley medalının təqdim edilməsi ilə bağlı Naftalanda tədbir keçirilib.

Tədbirdə ŞİH-nin və hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Naftalan şəhər təşkilatının sədri, Şəhər Ağsaqqallar Şurasının sədri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən icra başçısı Vüqar Novruzov müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb, təltif olunan şəxsləri təbrik edərək medalları təqdim etmişdir.

Ziyalılar öz növbələrində Ulu Öndər Heydər Əliyevin siyasi davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə onlara göstərilən diqqətə və ali mükafata görə təşəkkürlərini ifadə ediblər. Sonda xatirə şəkili çəkilib.

Keçidlər