Şriftin ölçüsü :

Saytın rəngi :

"Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib

16 may 2023 | 12:00

“Heydər Əliyev İli” çərçivəsində Naftalan Şəhər İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Gəncə bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə şəhər uşaq musiqi məktəbində "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib.

Tədbirdə ŞİH-nin məsul əməkdaşı DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı, musiqi məktəbinin kollektivi iştirak etmişdir.

Öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən natiqlər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasında misilsiz xidmətlərindən, multikultural dəyərlərdən danışaraq vurğulayıblar ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycanın şanlı qələbəsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi həm də milli birliyə və həmrəyliyə, milli-mənəvi dəyərlərə və milli özünüdərkə söykənən Heydər Əliyev ideologiyasının alternativinin olmadığını bir daha göstərdi.

Sonda DQİDK-i tərəfindən hazırlanmış "Heydər Əliyev və milli mənəvi dəyərlərimiz" adlı qısametrajlı film nümayiş olunub.

Keçidlər