Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda tədbir təşkil olunub

01 may 2023 | 14:41

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda tədbir təşkil olunub.

Tədbirdə ŞİH başçısının müavini, YAP Naftalan şəhər təşkilatının sədri, şəhər Ağsaqqallar şurasının sədri, idarə, müəssisə və təşkilat rəhbərləri, digər məsul əməkdaşlar iştirak edib.

Öncə tədbir iştirakçıları Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam ortaməktəbin foyesində məktəblilərin əl işlərindən və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriliblər.

Tədbir açıq elan olunduqdan sonra Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə natiqlər "Azərbaycan tarixinin Heydər Əliyev dövrü: qüdrətli dövlət, möhtəşəm inkişaf", "Qüdrətli Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsidir" "Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyət" mövzusunda çıxış ediblər. Onlar ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutduğunu qeyd edərək, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrləri xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunduğunu iştirakçıların diqqətinə çatdırıblar. Həmçinin, qeyd ediblər ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, bu gün isə Qarabağda və Şərqi Zəngəzurda aparılan möhtəşəm bərpa və quruculuq işləri, bu və digər nailiyyətlərin əsasında Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik strategiyası, milli dövlətçilik konsepsiyası dayanır.

Tədbirin sonunda məktəbin bir qrup şagirdlərinin təqdimatında Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş "Əbədiyaşar lider" adlı kompozisiya dinlənilib.

Keçidlər