Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda tədbir keçirilib

11 dekabr 2023 | 15:01

Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbirdə Naftalan ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının sədri, məktəb direktorları, müəllimlər iştirak edib.

Çıxış edənlər ötən əsrin 70-ci illərindən başlayaraq Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan təhsil islahatlarının bu sahənin inkişafında xüsusi mərhələ təşkil etdiyini qeyd edilib. 1969-1982-ci illərin həm də Azərbaycan elminin, təhsilinin intibah dövrü kimi xatırlandığı və Azərbaycan müstəqillik qazandıqdan sonra cəmiyyətimizin hər bir sahəsində olduğu kimi, təhsil sahəsində də bu inkişaf dinamikasının davam etdiyi bildirilib.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu gün həmin missiyanın uğurla həyata keçirildiyi iştirakçıların diqqətinə çatdırılıb. Vurğulanıb ki, Ulu Öndərin zəngin irsinin davamlı öyrənilməsi və gənc nəsil arasında təbliğ edilməsi təhsil işçilərinin başlıca vəzifələrindəndir.

Keçidlər