“Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib
“Heydər Əliyev İli” çərçivəsində Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə GRMİ-nin Naftalan şəhər Heydər Əliyev Mərkəzində 2 fevral – Gənclər Günü ilə bağlı “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib.
Tədbirdə Naftalan ŞİHB-nin müavini, “Davam” Gənclər Hərəkatının sədri, YAP Naftalan şəhər təşkilatının sədri, Naftalan şəhər Gənclər və İdman idarəsinin rəisi, İH yanında İctimai Şuranın sədri, ziyalılar və gənclər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini həmçinin Şəhidlərin əziz xatirəsinə ucaldılmış Memorial Xatirə Kompleksini ziyarət edərək xatirələrini ehtiramla anıblar.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən eksponatlara baxış keçiriblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən natiqlər Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunmasının əlamətdar hadisə olduğunu vurğulayıblar. Müstəqil Azərbaycanın qurucusu, gənclərin dostu Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinə nəzər salaraq Dahi Şəxsiyyətin gənclər siyasəti ilə bağlı gördüyü işlərin Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən danışıblar.
Tədbirin sonunda bir qrup fəal gəncə fəxri fərmanlar təqdim edilib.