“Heydər Əliyev və Azərbaycan dövlətinin tərəqqisi” mövzusunda tədbir keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan dövlətinin tərəqqisi” mövzusunda tədbir keçirilib.
Tədbirdə ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının sədri, Şəhər Ağsaqqallar Şurasının sədri, DQİDK-nın Gəncə bölgəsinin əməkdaşı, bir sıra idarə, müəssisə, təşkilat rəhbərləri və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən YAP Naftalan Şəhər Təşkilatının sədri Rövlan Heydərov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünün əsas çağırışlarından biri azərbaycançılıq ideologiyası ətrafında sıx birliyin, həmrəyliyin yaradılması olmuşdur. Ümummilli Liderin müəllifi olduğu azərbaycançılıq ideologiyası bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib.
Digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu, zəngin dövlətçilik irsi və çoxşaxəli fəaliyyətindən bəhs ediblər. Bildirilib ki, Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın tərəqqisi üçün geniş imkanlar yaradıb, ölkəmiz müasir, inkişaf etmiş ölkəyə çevrilib.