Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa təşkil edilib

01 avqust 2023 | 12:00

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev İli çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə ŞİHB-nın müavini, YAP Naftalan şəhər təşkilatının sədri, Şəhər Ağsaqqallar Şurasının sədri, bir sıra idarə, müəssisə, təşkilat rəhbərləri və gənclər iştirak ediblər.

ŞİHB-nın müavini Kəmalə Hüseynova çıxış edərək, Azərbaycan dilinin tarixindən, zənginliyindən ətraflı bəhs edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi müstəsna xidmətlərində söhbət açıb.

Digər çıxış edənlər Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi dilimizin saflığı, təmizliyi istiqamətində Ulu Öndərin yerinə yetirdiyi siyasətin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər.

Keçidlər