“Heydər Əliyev uşaqların dünyasında” adlı tədbir keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyev irsinin təbliği məqsədilə “Heydər Əliyev uşaqların dünyasında” adlı tədbir keçirilib.
Tədbirdə Naftalan şəhər Vüqar Namazov adına Körpələr evi-Uşaq bağçasının balaca fidanları iştirak ediblər.
Öncə Heydər Əliyev Mərkəzində Ümummilli Liderin uşaqlıq və gənclik illərini, şərəfli ömür yolunu özündə əks etdirən foto-eksponatlara baxış keçirilib. Mərkəzin məsul əməkdaşı tərəfindən iştirakçılara ətraflı məlumat verilib.
Daha sonra tədbir iştirakçıları Heydər Əliyev parkında təşkil olunan Ulu Öndərin fotoşəkillərindən ibarət sərgiyə baxış keçirib, kitab sərgisi ilə tanış oldular.
Tədbir “Üç dost nağılı” cizgi filmi izlənməsi ilə davam etdirilib. Uşaqlar Mərkəzdən xoş təəssüratla ayrıldılar.















