Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev - Unudulmaz Lider” mövzusunda sərgi təşkil edilib

05 iyul 2024 | 15:45

Naftalanda Şəhər İcra Hakimiyyətinin, “Qeyd-Sosial Maarifləndirmə” İB-nin təşkilatçılığı ilə “Heydər Əliyev - Unudulmaz Lider” mövzusunda Ulu Öndər Heydər Əliyevin müxtəlif zamanlarda çəkdirdiyi şəxsi və ailə üzvləri ilə bərabər olan xüsusi fotoların xalça üzərində toxunmuş sərgisi təşkil olunub.

Tədbirdə ŞİH-nin başçısı, ŞPŞ-nin rəisi, YAP Naftalan Şəhər təşkilatının, Şəhər Ağsaqqallar Şurasının, Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, turistlər, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Ulu Öndər Heydər Əliyevin adını daşıyan meydanda təşkil olunan sərgidə İB-in sədri Tural Nurməmmədov sərginin mahiyyəti barədə ətraflı məlumat verib.

Xalçalar üzərində toxunmuş əsərlər sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Keçidlər