“Heydər Əliyev- Suveren dövlətçilik yolunun memarı”
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Heydər Əliyev - Suveren dövlətçilik yolunun memarı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naftalan ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının, şəhər Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar iştirak edib.
Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, tədbir Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən video materialın nümayişi ilə davam etdirilib.
Tədbir çərçivəsində iştirakçılara Ulu Öndər Heydər Əliyevin dövlətçilik prinsipləri, həyat və fəaliyyətləri barədə geniş məlumat verilib. Bildirilib ki, Ulu Öndərin müdrik rəhbərliyi, əvəzsiz tarixi xidmətləri sayəsində Azərbaycan müstəqil və suveren dövlət kimi öz mövqeyini möhkəmləndirib, cəmiyyətin bütün sahələrində inkişaf üçün dayanıqlı zəmin yaradılıb. Eyni zamanda, Prezident cənab İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişaf təmin edilir, əhalinin sosial rifahı yüksəlir, Azərbaycanın beynəlxalq nüfuzu daha da möhkəmlənir və milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirilir.
Tədbir iştirakçıları Ulu Öndərin strateji baxışlarının, Azərbaycanın bugünkü inkişaf yolunda oynadığı əvəzsiz rolun əhəmiyyətini yüksək qiymətləndiriblər.















