Heydər Əliyev Mərkəzinə məktəblilərin ekskursiyası təşkil edilib
04 may 2026 | 14:59
Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində şəhərin ümumtəhsil məktəblərinin müəllim və şagirdlərinin şəhər Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.
Öncə iştirakçılar Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Mərkəzin əməkdaşları tərəfindən iştirakçılara Heydər Əliyevin şərəfli ömür yolu, zəngin dövlətçilik irsi və ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri əks etdirən eksponatlar və fotostendlər haqqında ətraflı məlumat verilib. Sonda Ulu Öndərin müstəsna xidmətlərini özündə əks etdirən film nümayiş olunub.















