Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
Yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, vətənpərvərlik hissinin təbliği məqsədi ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.
Ekskursiyada gənclərə müasir və müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlər haqqında məlumatlar verilib və Mərkəzin fəaliyyət istiqamətləri diqqətə çatdırılıb. Qeyd edilib ki, Heydər Əliyevin müdrik rəhbərliyi və siyasi uzaqgörənliyi nəticəsində bu gün müstəqil Azərbaycan dövlətinin davamlı inkişafı təmin edilir.
Həmçinin tədbirdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının mahiyyəti və əhəmiyyəti vurğulanıb. Bildirilib ki, dövlət suverenliyi xalqımızın qürur mənbəyi, gələcək nəsillərə isə əvəzsiz mirasdır.















