Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli” çərçivəsində tədbirlər keçirilir

28 fevral 2023 | 14:32

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Naftalan şəhər Heydər Əliyev Mərkəzinə məktəblilərin növbəti ekskursiyası təşkil edilib, “Ulu Öndər xilaskarlıq missiyasının banisidir” mövzusunda açıq dərs keçirilib.

Ekskursiyada Naftalan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, S.Vurğun adına 2 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Ulu Öndər Heydər Əliyevin zəngin irsi ilə yaxından tanış olmaq imkanı yaradan ekskursiya çərçivəsində şagirdlərə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi əvəzsiz xidmətləri özündə əks etdirən fotoşəkillər, eksponatlar və kitablar haqqında ətraflı məlumat verilib, misilsiz irsinə nəzər salınıb.

Həmçinin şəhərin Heydər Əliyev Mərkəzində tam orta məktəblərin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ulu Öndər xilaskarlıq missiyasının banisidir” mövzusunda açıq dərs keçirilib.

Şagirdlər öncə Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyatının, çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillərlə və eksponatlarla tanış olub, Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında şagirdlərə ətraflı məlumat verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Sonda "Heydər Əliyev – Dahi şəxsiyyət" sənədli filmi nümayiş olunub.

 

Keçidlər