“Heydər Əliyev İli” çərçivəsində tədbirlər davam etdirilir
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Naftalan şəhər təşkilatının sədri, Şəhər Ağsaqqallar Şurasının sədri, ŞİH-nin məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və gənclər iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 20 illik tarixi fəaliyyətinə nəzər salaraq 30 illik Qarabağ münaqişəsinin 44 gündə Tarixi Zəfərlə sona çatmasını vurğulayıb. Bildirib ki, inkişaf və tərəqqi, işğaldan azad olunan torpaqlarımızda aparılan abadlıq quruculuq işləri, beynəlxalq arenada ölkəmizin böyük nüfuza, söz sahibinə çevrilməsi bu uğurlu fəaliyyətin bariz nümunəsidir.
Digər natiqlər Vətən müharibəsində qazanılmış Tarixi Zəfərin Ulu Öndər Heydər Əliyev siyasətinin böyük təntənəsi olduğundan söhbət açıblar.