Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli” çərçivəsində tədbirlər davam etdirilir

18 avqust 2023 | 15:12

“Heydər Əliyev İli” çərçivəsində Naftalan Şəhər İcra Hakimiyyətinin və Şəhər Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin əvəzsiz milli irsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının sədri, Şəhər Ağsaqqallar Şurasının sədri və üzvləri, gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən Şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov Ümummilli Lider Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlər haqqında geniş məlumat verib. Ölkəmizin bütün sahələr üzrə intibahının yaşandığı bu illərin müasiri olmağın xoşbəxtlik olduğunu iştirakçıların diqqətinə çatdırıb. Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində ağsaqqalların rolunun daha da artdığını vurğulayıb.

Digər çıxış edənlər ölkəmizdə Heydər Əliyev siyasətinin mahir davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyin ən qüdrətli mərhələsinin yaşandığını qeyd ediblər. Həmçinin "Heydər Əliyev İli" çərçivəsində keçirilən tədbirlərin Ulu Öndərin ideyalarının təbliği və gənc nəsillərə ötürülməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Keçidlər