Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli” çərçivəsində tədbirlər davam etdirilir

25 iyun 2023 | 14:30

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir təşkil olunub.

Tədbirdə ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının sədri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin məsul əməkdaşı, N saylı hərbi hissənin zabiti, şəhər Ağsaqqallar Şurasının sədri, Vətən müharibəsi iştirakçıları, qazilər, çağırış yaşlı gənclər iştirak edib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən ŞİH-nin Memarlıq və tikinti şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Səbuhi Qasımov hərbi qulluqçuları təbrik edib, ölkəmizdə həyata keçirilən ordu quruculuğundan, Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında əldə edilən Qələbədən danışıb.

Digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən etdiyini vurğulayıblar. Qeyd edilib ki, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başlatdığı və Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, yüksək inkişafa nail olur.

Keçidlər