“Heydər Əliyev İli” çərçivəsində tədbirlər davam etdirilir
Naftalanda “Heydər Əliyev İli” çərçivəsində Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Qərb Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda İnsan hüquqlarının intibahı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naftalan ŞİH-nin məsul əməkdaşları, İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Qərb Regional Mərkəzinin rəhbəri, YAP Naftalan şəhər təşkilatının sədri, şəhər Ağsaqqallar Şurasının sədri, DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar və gənclər iştirak ediblər.
Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən ətraflı bəhs edən natiqlər Ulu Öndərin ölkəmizin demokratik inkişafı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi islahatlar barədə söhbət açaraq qeyd ediblər ki, Ombudsman təsisatı Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü əsasında yaradılıb. Bildirilib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan islahatlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla davam etdirilir.