“Heydər Əliyev İli” çərçivəsində növbəti tədbir keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin və YAP Naftalan şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün tarixi xidmətləri əvəzsizdir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Millət Vəkili Pərvin Kərimzadə, YAP Naftalan şəhər təşkilatının sədri, şəhər Ağsaqqallar Şurasının sədri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər ziyalıları və gənclər iştirak edib.
Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi və Şəhidlərin Memorial Xatirə Komlpleksi ziyarət edilib önlərinənə gül dəstələri düzülüb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirələri ehtiramla anılıb.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-eksponatlara baxış keçiriblər.
Tədbirdə çıxış edən natiqlər qeyd ediblər ki, xalqımız üçün müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvətidir. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dünya şöhrətli siyasətçi, dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışılıb.
Vurğulanıb ki, bu gün müasir müstəqil Azərbaycan Ümummilli Liderin ideyaları əsasında inkişaf edir, qüdrətlənir. Ulu Öndərin əsasını qoyduğu siyasət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə bir qrup partiya üzvləri Fəxri Fərmanla təltif edilib. YAP sıralarına yeni qəbul edilənlərə üzvlük vəsiqələri təqdim edilib.
Həmçinin şəhər İcra Hakimiyyəti tərəfindən Ulu Öndərin 100 illiyi ilə bağlı dahi şəxsiyyətin şəkli həkk olunmuş xatirə hədiyyəsi Heydər Əliyev irsini fəal təbliğ edən ziyalılara hədiyyə edilib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib, xatirə şəkili çəkilib.