Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli” çərçivəsində növbəti tədbir keçirilib

21 sentyabr 2023 | 15:05

“Heydər Əliyev İli” çərçivəsində Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “‘Əsrin müqaviləsi’ tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır mövzusunda” növbəti tədbir keçirilib.

Tədbirdə ŞİH-nin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, təşkilat və müəssisə rəhbərləri iştirak edib.

Tədbiri çıxış nitqi ilə açan icra başçısı bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan zirvələri fəth edir. Əminik ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyası qarşıdakı illərdə ölkəmizə və xalqımıza  daha böyük uğurlar bəxş edəcək.

Digər çıxış edənlər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın hər birimizin qürur mənbəyi olduğunu diqqətə çatdırıblar.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərini özündə ehtiva edən videoçarx nümayiş olunub.

Keçidlər