Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

21 noyabr 2023 | 15:14

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar.

Daha sonra Ulu Öndərin adını daşıyan parkda ağacəkmə aksiyası keçirilib.

Aksiya iştirakçıları tərəfindən 100-dən çox müxtəlif ağac növləri əkilib, ağacların dibinə küləkdən qorunması üçün xüsusi dirəklər basdırılaraq aqrotexniki qaydada suvarılması təmin edilib.

Tədbirdə ŞİH-nin başçısı, YAP Naftalan Şəhər təşkilatının sədri, Şəhər Ağsaqqallar Şurasının sədri, ŞİH başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, fəal gənclər iştirak edib.

Aksiyanın təşkil edilməsində əsas məqsəd ölkəmizdə ətraf mühitin qorunmasına hər zaman qayğı ilə yanaşmış Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə verməkdir.

Keçidlər