Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli” çərçivəsində Naftalan məktəbliləri arasında şeir müsabiqəsi keçirilib

27 mart 2023 | 12:25

Naftalan şəhər Heydər Əliyev Mərkəzində ŞİH-nin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində şəhər məktəbliləri arasında “Sən Elə Bir Zirvəsən” adlı şeir müsabiqəsi keçirilib.

Müsabiqədə Naftalan şəhərinin tam orta məktəblərinin VI-XI sinif şagirdləri iştirak edib.

Müsabiqə iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən eksponatlarla tanış olublar.

ŞİH-nin məsul əməkdaşı Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin misilsiz xidmətlərindən söhbət açıb, iştirakçılara müsabiqə haqqında ətraflı məlumat verib, uğurlar arzulayıb.

Müsabiqənin keçirilməsində məqsəd həyatını xalqına həsr edən dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixində dərin iz buraxan zəngin fəaliyyətini gənc nəslə aşılamaqdır.

Şagirdlər tərəfindən təqdim edilən şeirlər münsiflər heyəti tərəfindən qiymətləndirilərək müsabiqənin qalibləri müəyyən olunub.

Keçidlər