“Heydər Əliyev İli” çərçivəsində idman tədbirləri davam etdirilir
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində şəhər UGİM-in cüdo bölməsinin idmançıları arasında yoldaşlıq görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə qeyd edilib ki, Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasının təməlində Ulu Öndər Heydər Əliyevin uğurlu idman siyasəti dayanır. Hazırda dövlətimiz tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkəmizdə sağlam nəsil formalaşdırılır. Bütün bunların Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanların, yüksək diqqət və qayğının nəticəsi olduğu diqqətə çatdırılıb.