Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli” çərçivəsində dəyirmi masa təşkil olunub

13 iyul 2023 | 12:06

Naftalan ŞİH-nin təşkilatçılığı ilə Şəhər Heydər Əliyev Mərkəzində “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa təşkil olunub.

Dəyirmi masada ŞİH-nin məsul əməkdaşları, YAP Naftalan şəhər təşkilatının sədri, Heydər Əliyev Mərkəzinin direktoru, şəhər Ağsaqqallar şurasının sədri, şəhərdə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.

İştirakçılar Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-eksponatlara və Ulu Öndərin respublikamızın mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini özündə əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçiriblər.

Tədbirdə çıxış edən YAP Naftalan Şəhər təşkilatının sədri Rövlan Heydərov vurğulayıb ki, adı Azərbaycan tarixinə əbədi yazılmış Ulu Öndər sovetlər dövründə Azərbaycanın rəhbəri seçilməsindən sonra respublikamızın tarixində yeni bir dövr başlanmışdır. 1969-cu ildən başlanan quruculuq xəttinin 1993-cü ildən sonra davam etdirilməsi müstəqil Azərbaycanın daha da güclənməsinə səbəb olduğunu qeyd edərək Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən söhbət açıb.

Digər çıxış edənlər qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlişi ilə illər sonra qurulacaq müstəqil Azərbaycanın potensial bazasını yaratmış, bütün sahələrdə olduğu kimi Azərbaycanda mədəniyyətin inkişafına xüsusi diqqət yetirməklə mədəniyyətimizin tərəqqisinə təkan vermişdir.

Keçidlər