“Heydər Əliyev İli” çərçivəsində cüdo idman növü üzrə Naftalan şəhər açıq birinciliyi keçirilib
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Cüdo Federasiyasının, Naftalan şəhər Gənclər və İdman idarəsinin birgə təstiq etdiyi əsasnaməyə uyğun olaraq Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Naftalan şəhər Komitəsinin dəstəyi ilə cüdo idman növü üzrə Naftalan şəhər açıq birinciliyi keçirildi.
Tədbirdə Naftalan şəhər Gənclər və İdman idarəsinin rəisi Samir Qocayev, İkiqat Paralimpiya oyunları, ikiqat dünya və səkkizqat Avropa çempionu, qazi İlham Zəkiyev, Naftalan şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Fəxri Ağayev, Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov və idmançılar iştirak edib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.
Çıxış edənlər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən idman siyasətindən geniş söz açaraq idmançılara uğurlar arzulayıblar.
Açıq birincilikdə Respublikamızın 11 şəhər və rayonundan 2010-2012-ci il təvəllüdlü 250 nəfərə yaxın idmançı 10 çəki dərəcəsində öz qüvvələrini sınayıblar.
Naftalan cüdoçuları yarışda iki qızıl, bir gümüş və iki bürünc medal qazanıblar.
Qaliblər diplom və medallar ilə təltif olunublar.