Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

04 may 2023 | 14:52

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Naftalanda silsilə tədbirlər davam etdirilir.

Naftalan Şəhər Məhkəməsinin, yerli Ədliyyə qurumlarının təşkilatçılığı və Naftalan şəhər İcra Hakimiyyətinin dəstəyi ilə şəhərin Heydər Əliyev prospektində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Naftalan şəhər məhkəməsinin sədri Ayaz Səlimov və kollektivi, şəhər Polis şöbəsinin rəisi Zaur Bədəlov iştirak ediblər.

Qeyd edək ki, aksiyanın məqsədi ölkəmizdə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, yaşıllaşdırma ənənələrini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən də uğurla yerinə yetirilir, respublikamızın hər yerində olduğu kimi Naftalanda da ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

Keçidlər