Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev Azərbaycanda dövlət qadın siyasətinin banisidir” mövzusunda tədbir keçirilib

05 oktyabr 2023 | 14:58

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş, Azərbaycan Qadınlarının VI Qurultayı ərəfəsində “Heydər Əliyev Azərbaycanda dövlət qadın siyasətinin banisidir” mövzusunda tədbir keçirilib.

ŞİH-nin məsul əməkdaşlarının, şəhərin ictimai həyatında fəal rol oynayan, müxtəlif sahələrdə çalışan qadınların iştirakı ilə keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər qeyd ediblər ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Ulu Öndərin adı ilə bağlı olması danılmaz tarixi faktdır. Həmçinin qeyd edilib ki, Azərbaycan tarixində əlamətdar hadisələrdən biri kimi qiymətləndirilən Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə 25 il əvvəl keçirilən Azərbaycan qadınlarının birinci qurultayında gələcəyin qadın hərəkatının əsası qoyuldu, cəmiyyət həyatında, ictimai siyasi proseslərdə qadınların rolu əhəmiyyətli dərəcədə artdı. Eyni zamanda tədbirdə gender məsələlərindən, məişət zorakılığı və onun baş vermə səbəbləri və qarşısının alınması qadın hüquqlarının həyata keçirilməsi ilə bağlı aktual mövzular ətrafında müzakirələr aparılıb, təkliflər dinlənilib.

Keçidlər