Şriftin ölçüsü :

Saytın rəngi :

“Hər məsciddə kitabxana” layihəsi - Naftalanda

01 dekabr 2025 | 12:08

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən “Hər məsciddə kitabxana” layihəsinin növbəti mərhələsi Naftalanda  uğurla həyata keçirilib.

Layihə çərçivəsində ölkəmizin bir sıra şəhər və rayonlarının məscidlərinə, o cümlədən Naftalan Cümə Məscidində yaradılmış guşəyə müxtəlif kitablar təqdim edilib.

Naftalan ŞİH-nin Sektor müdiri – Dini qurumlarla işin təşkilatçısı Ülfət Əliyev və DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Kamal Ələkbərov  Naftalan  Cümə Məcidində yaradılmış kitab guşəsi ilə tanış olublar. 

Nəşrlər yalnız dini mövzularla məhdudlaşmır, fəlsəfə, tarix, ədəbiyyat və digər humanitar sahələrə aid əsərlərlə, Azərbaycan və dünya klassiklərinin nümunələri ilə əhatə olunub. Həmçinin “Naftalan – Möcüzəni Hiss Et” adlı yeni nəşr olunmuş kitabda buraya əlavə olunub.

Layihənin məqsədi milli-mənəvi və dini dəyərlərin cəmiyyətə çatdırılması, xüsusilə də gənclər arasında mütaliə vərdişlərinin və sağlam dünyagörüşünün formalaşdırılmasına dəstək göstərməkdir.

Keçidlər