Hər bir veteranın müraciəti təmin olunur
01 sentyabr 2022 | 14:40
Qarabağ müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin sosial problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması hər zaman dövlətin diqqət mərkəzindədir.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov bir müddət əvvəl Qarabağ müharibəsi veteranı I qrup əlil Dəmirov Yaməddin Hidayət oğlunun evində olarkən qazinin bildirdiyi problemlərin həll edilməsi üçün aidiyyəti göstərişlər vermişdir.
Yenidən qazimizin evində olan ŞİH-nin başçısı evdə görülən təmir işləri ilə yaxından tanış olub.
Qeyd edək ki, qazimizin müraciəti əsasında yaşadığı evin həyəti hasarlanmış, evdə cari təmir işləri aparılmış və mətbəx əşyası alınmışdır.