Şriftin ölçüsü :

Saytın rəngi :

“Gender bərabərliyi insan hüquqları” mövzusunda tədbir keçirilib

09 oktyabr 2025 | 12:30

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naftalanda Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gender bərabərliyi  insan hüquqları” mövzusunda tədbir keçirilib.

Tədbirdə ŞİH-nin, ŞPŞ-nin məsul əməkdaşları, şəhər Ağsaqqallar Şurasının sədri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.

İştirakçılara dövlətimiz tərəfindən həyata keçirilən gender siyasəti, qadınların sosial, siyasi, iqtisadi həyatda iştirakının genişləndirilməsi, ailə institutunun möhkəmləndirilməsi, zorakılığın qarşısının alınması və insan hüquqlarının təminatı üzrə görülmüş işlər barədə məlumat verilib. Qeyd edilib ki, Azərbaycan qadın hüquqları sahəsində Müsəlman Şərqində ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verən dövlət olub.

Bildirilib  ki, insan hüquqları Konstitusiyanın əsası, gender bərabərliyi isə sosial ədalətin vacib şərtidir. Dövlətimiz tərəfindən bu sahədə qəbul olunmuş strategiyalar,  islahatlar və beynəlxalq əməkdaşlıq proqramları mühüm əhəmiyyət daşıyır, ölkəmizin nailiyyətləri  beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Çıxışlarda gənclər arasında hüquqi maarifləndirmə, ailə institutunun möhkəmləndirilməsi və insan hüquqlarına hörmət mədəniyyətinin formalaşdırılmasının vacibliyi vurğulanıb. Erkən nikahın qarşısının alınması, uşaqların doğulanadək  cinsi seçiminin qarşısının alınması məsələlərinə toxunulub, gender bərabərliyinin davamlı inkişafın və ədalətli cəmiyyətin əsas dayaqlarından biri olduğu qeyd edilib.

Keçidlər