Gəncə Regional Turizm İdarəsinin rəisi ilə görüş keçirilib
23 aprel 2025 | 14:24
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Gəncə Regional Turizm İdarəsinin rəisi Fariz Qarayevi qəbul edib.
Görüşdə Beynəlxalq turizm mərkəzi Naftalanın turizm potensialının artırılması ilə bağlı həyata keçirilən tədbirlərdən söhbət açılıb, Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı qarşıda duran məsələlər həmçinin DTA tərəfindən görülən işlər müzakirə olunub.
Heydər Əliyev parkında şəhərin estetik görünüşünə xüsusi yaraşıq verən və havanın çirklənməsinin qarşısını alan yeni Pavlovniya ağacları əkilib.