Şriftin ölçüsü :

Saytın rəngi :

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi ilə görüş keçirilib

23 fevral 2026 | 14:52

Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə yeni təyin olunmuş Elşən Hüseynovla görüşüb. Onu yeni təyinatı münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Naftalanda gənclər və idman sahəsində həyata keçirilən tədbirlərdən söz açılıb, qarşıda duran vəzifələr müzakirə olunub.

Keçidlər