Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənc Liderlər üçün Yay Universiteti” layihəsinə start verilib

19 iyul 2022 | 15:42

Naftalan ŞİH və "Davam" Gənclər Hərəkatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə 18-22 iyul tarixlərində Naftalan şəhərində "Gənc Liderlər üçün Yay Universiteti" layihəsinə  start verilib.
"Yay Universiteti" üçün qısa müddət ərzində 2400-dən çox gənc iştirak hüququ qazanıb, iki hissəli seçim turunun yekununda 5 komanda olmaqla 92  nəfərlik iştirakçı qrupu formalaşdırılıb.

Layihə iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abiəsini ziyarət edib, önünə gül dəstələri düzərək ruhunu böyük ehtiramla yad ediblər.

Naftalan şəhər Heydər Əliyev Mərkəzində davam edən açılış tədbirində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Millət Vəkili Aydın Mirzəzadə, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov,  "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı və gənc liderlər iştirak edib. 

ŞİH-nin başçısı qonaqları Beynəlxalq Turizm Mərkəzi olan Naftalan şəhərində salamlamaqdan məmnun olduğunu bildirərək, qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti respublika prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan gəncliyi sosial-ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Dövlət gənclər siyasəti sahəsində islahatların həyata keçirilməsi, yeni tələblərə cavab verən təhlillərə əsaslanmış idarəetmə, bütün səviyyələrdə işin əlaqələndirilməsi və strateji planlaşdırma bundan sonra da daha da planlı şəkildə, yeni ideyalarla davam etdiriləcəkdir.
Natiqlər, layihənin məqsədinin gənc liderlər və ictimai fəalların kəşf edilməsi, onların intellektual inkişafına nail olmaq və dünyagörüşünün artırılmasında böyük rol oynayacağını vurğulayıblar.

Keçidlər