Federasiya nümayəndələri ilə görüş keçirilib
06 oktyabr 2025 | 14:36
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Cüdo Federasiyasının nümayəndələri F.Quliyevi və F.Muxtarovu qəbul edib.
İcra başçısı möhtərəm cənab Prezidentimiz İlham Əliyevin idmana göstərdiyi dəstəklə cüdonun daha da kütləviləşdirilməsi ilə uşaqların, yeniyetmələrin və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişməsində, regionlarda cüdonun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən söhbət açıb.
Şəhər ərazisində yeni cüdo idman zalının tikilməsi barədə müzakirələr aparılıb.
Naftalanda bu idman növü ilə 100 dən çox gənc və yeniyetmənin məşğul olmaqları ilə bərabər bu sahədə respublika və beynəlxalq yarışlarda ilk yerlərə yiyələnirlər.















