“Əsrin müqaviləsi”nin imzalanmasından 30 il ötür
Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, şəhər Heydər Əliyev Mərkəzinin dəstəyi ilə “Əsrin müqaviləsi: uğurlarımızın təməli” mövzusunda tədbir keçirilib.
Tədbirdə ŞİH-nin əməkdaşları, YAP Naftalan şəhər təşkilatının, ŞİH yanında İctimai Şuranın sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, gənclər iştirak edib.
İlk olaraq Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu özündə əks etdirən foto-ekspozisiyalara baxış keçirib.
Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər 1994-cü ilin sentyabr ayının 20-də imzalanmış “Əsrin müqaviləsi”nin tarixi və iqtisadi əhəmiyyətindən bəhs ediblər. Qeyd edilib ki, tarixə “Əsrin müqaviləsi” kimi yazılan neft sazişinin imzalanması ilə Azərbaycanın dayanıqlı inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu, etibarlı tərəfdaş kimi mövqeyi möhkəmləndi, əməkdaşlığın coğrafiyası regional çərçivədən çıxaraq beynəlxalq miqyas aldı. Hazırda əldə etdiyimiz bütün uğurlarımız, həmçinin tarixi Zəfərimiz Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirməsinin parlaq nəticəsidir.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərini özündə ehtiva edən videoçarx nümayiş olunub.