Şriftin ölçüsü :

Saytın rəngi :

“Erkən nikah və onun fəsadları” mövzusunda tədbir keçirilib

22 aprel 2026 | 12:33

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Naftalan ŞİH başçısının müavini, icra hakimiyyəti başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, şəhər Mərkəzi Xəstəxanasının həkimi, Naftalan Şəhər Polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, Naftalan şəhər Qeydiyyat şöbəsinin əməkdaşı, məktəbin yuxarı sinif şagirdləri, valideynlər və digər məsul əməkdaşlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan ŞİH başçısının müavini Kəmalə Hüseynova bildirib ki, erkən nikahlar fərdin psixi mənəvi və bioloji cəhətdən inkişafına təsir edən, təhsildən yayındıran, sosiallaşmasına mane olan önəmli faktordur. Əvvəlki dövrlərə nisbətən müasir dövrdə bu cür halların statistikasında azalma müşahidə olunsa da, hələ də bu hal bəşəriyyəti təhlükəyə sürükləyəcək səviyyədə mövcuddur. 

Digər çıxış edənlər erkən nikahların qarşısının alınması üçün həyata keçirilən profilaktik tədbirlərin daha təsirli olması və nəticə verməsi üçün bu tərz maarifləndirmə tədbirlərinin önəmli olduğunu, erkən nikahın uşaqların həyatında böyük fəsadlar yaratdığını bildiriblər.

Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub.

Keçidlər