Ərəb portalı Naftalan yağının faydasından yazıb
30 sentyabr 2022 | 12:01
Ərəb ölkələrinin vahid “Attaqa” iqtisadiyyat portalında Azərbaycanın faydalı “Naftalan yağları” məhsulunun “Azexport” portalı vasitəsilə Küveytə ixracı və bu yağın ortopediya sahəsində müalicəvi əhəmiyyəti barədə məqalə dərc olunub.
Məqalədə əsasən kosmetik vasitə kimi istifadə edilən “Naftalan yağları”nın Küveytə ixrac olunacağı, həmçinin bu məhsulun ilkin mərhələdə üç növdə ixracının nəzərdə tutulduğu bildirilir.
Həmçinin məqalədə Naftalan yağının müalicəvi əhəmiyyəti, bununla bağlı tanınmış ekspertlərin rəyləri yer alıb. Yazının müəllifi bu faydalı yağın ortopediya sahəsində müalicəsinin tarixindən də bəhs edib.