Ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının “Heydər Əliyev prospekti 77” ünvanı üzrə ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib.
İclasda ŞİH başçısının müavini - ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Hüseynova, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, təşkilatın əməkdaşları, ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov açaraq partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli yoldan bəhs edib. O bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən ümumxalq partiyası kimi böyük nüfuz qazanıb, sıraları kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənib. Təşkilatın sədri Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xalq, dövlət qarşısındakı xidmətlərindən, Azərbaycanın Zəfər tarixindən danışıb.
Ərazi partiya təşkilatının sədri Afət Mustafayeva hesabat məruzəsi ilə çıxış edərək ötən dövr ərzində görülmüş işlər və təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib.
Tədbirdə eyni zamanda, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov ərazi partiya təşkilatının sədri Afət Mustafayevanı 50 illik yubileyi münasibətilə təbrik edib və ictimai-siyasi fəaliyyətində uğurlar arzulayıb.















