Şriftin ölçüsü :

Saytın rəngi :

Energetiklər Günü qeyd olunub

19 oktyabr 2024 | 12:48

Oktyabrın 20-si Azərbaycanda Energetiklər Günüdür. İyirmi ildir ki, Azərbaycan energetikləri öz peşə bayramlarını iftixarla qeyd edirlər. Energetiklər Günü ölkəmizin həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisə ilə bağlıdır: 43 il əvvəl, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” istilik elektrik stansiyasının (İES) birinci enerji bloku Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib, bununla da Azərbaycan elektroenergetikasının inkişafında yeni mərhələnin əsası qoyulub. Prezident cənab İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi milli elektroenergetika salnaməmizin daha bir parlaq səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.

Naftalanda 20-oktyabr “Energetiklər Günü” qeyd edilib. Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini, “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Naftalan Elektrik Şəbəkəsinin kollektivi iştirak edib.

Tədbir iştirakçıları müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Keçidlər