Ənənə halını almış növbəti humanist addım
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə xalqımızın yaddaşına qızıl hərflərlə həkk olunmuş, milli qürur və vətənpərvərlik rəmzinə çevrilmişdir. Bu tarixi Zəfərin qazanılmasında canını Vətən uğrunda fəda etmiş şəhidlərimizin ailələri və qəhrəman qazilərimiz dövlətin ən ali diqqət və qayğısı ilə əhatə olunurlar. Onların göstərdiyi misilsiz qəhrəmanlıq xalqımız üçün daim örnək, Azərbaycan dövlətinin isə qürur mənbəyidir.
Naftalan şəhər və Tərtər rayon İcra Hakimiyyətlərinin birgə təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti sosial layihə həyata keçirilib. Layihə çərçivəsində Tərtər rayonundan olan bir qrup şəhid ailəsi müalicə və istirahət üçün Naftalan şəhərində fəaliyyət göstərən “Gold Naftalan” Müalicə və Sağlamlıq Mərkəzinə yerləşdiriliblər.
Şəhid ailələri İcra Hakimiyyəti başçısının müavini, məsul əməkdaşları və Mərkəzin rəhbərliyi tərəfindən qarşılanaraq müalicə prosedurları haqqında onlara ətraflı məlumat verilib, ilkin müayinədən sonra müalicə mərhələsinə başlayacaqları qeyd olunub.
Şəhid ailələri bu nəcib addıma, onlara göstərilən diqqət və qayğıya görə Dövlətimizə, Ölkə başçısına sonsuz minnətdarlıqlarını ifadə ediblər.















