“Əmək Yarmarkası” təşkil olunmuşdur
17 may 2025 | 11:18
Naftalan Şəhər İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə işaxtaran sakinlər üçün növbəti əmək yarmarkası təşkil edilmişdir.
Tədbirdə ŞİHB-nın müavini Kəmalə Hüseynova, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının müdiri Elməddin Qurbanov və digər məsul əməkdaşlar iştirak edib.
İştirakçılara Agentliyin fəaliyyət istiqamətləri haqqında, şəhər ərazisində əmək bazarının tələblərinə uyğun kadr hazırlanması istiqamətində görülən işlər barədə məlumat verilib.
Əmək yarmarkasında işaxtaran şəxslərə, 15 müəssisə tərəfindən 100-dən çox boş iş yerləri təqdim olunmuşdur.