Şriftin ölçüsü :

Saytın rəngi :

Əmək yarmarkası keçirilib

23 iyun 2023 | 14:56

Naftalan Şəhər İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Gəncə Regional Bölməsinin birgə təşkilatçılığı ilə işsiz və işaxtaran şəxslər üçün əmək yarmarkası təşkil edilib. 

Tədbirdə ŞİH-nin müavinləri, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının müdiri, Gəncə Regional Turizm İdarəsinin rəhbəri və digər məsul əməkdaşlar iştirak edib.

Aktiv məşğulluq tədbirində 13 müəssisə tərəfindən 80-dən artıq vakansiya təqdim edilib. Əmək yarmarkasında 59 nəfər işaxtaran vətəndaş elektron qeydiyyatdan keçmişdir.

İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar. Yarmarkada işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib.

Qeyd edək ki, ilin sonuna qədər daha bir yarmarkanın keçirilməsi planlaşdırılır.

Keçidlər