“Əlillik və Əlilliyə qarşı ayrı seçkilik” mövzusunda təlim keçirilib
11 fevral 2024 | 15:26
Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi və Naftalan Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət planına əsasən “Əlillik və Əlilliyə qarşı ayrı seçkilik” mövzusunda sosial dəstək təlimi keçirilib.
Tədbirdə Naftalan Reabilitasiya Mərkəzinin direktoru, Naftalan ŞİH-nin məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, digər məsul əməkdaşlar, əlilliyi olan şəxslər iştirak edib.
Təlimin keçirilməsində məqsəd əlilliyi olan şəxslərin psixoloji xüsusiyyətləri və onlarla düzgün davranış qaydaları haqqında məlumat vermək, insanları maarifləndirməkdən ibarətdir.