Şriftin ölçüsü :

Saytın rəngi :

Dünyanın 50-yə yaxın ölkəsindən turist gəlib

31 yanvar 2024 | 12:34

Ölkəmizin müalicəvi turizm mərkəzi kimi tanınan Naftalan şəhəri son illər daha da məşhurlaşmaqdadır. Bu da şəhərə gələn xarici turistlərin sayının ildən-ilə artmasına, hotel və müalicə mərkəzlərində rəqabət qabiliyyətinin artaraq xidmətin daha yüksək səviyyədə olmasına öz təsirini göstərir.

Hazırda Naftalanda üçü 5 ulduzlu olmaqla 19 hotel və müalicə mərkəzi fəaliyyət göstərir. Bu da bir gündə 4 minə yaxın turistə xidmət göstərməyə imkan yaradır.

Belə ki, 2023-cü il ərzində şəhərə 40 minə yaxın turist gəlmişdir ki, onların da təxminən 13 min nəfəri əcnəbilər – 47 ölkədən olan xarici turistlərdir.

Turistlər arasında MDB ölkələrindən ilk üçlükdə Rusiya Federasiyası, Qazaxıstan, Özbəkistan, həmçinin Belarus və Ukrayna ilə yanaşı İsrail, Səudiyyə Ərəbistanı, Almaniya və digər inkişaf etmiş ölkələrdən olan turistlər üstünlük təşkil edir.

Keçidlər