Şriftin ölçüsü :

Saytın rəngi :

DQİDK Gəncə bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə marifləndirmə tədbiri keçirilib

08 iyul 2022 | 12:46

Naftalan Şəhər İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Körpələr evi-Uşaq bağçasının pedaqoji kollektivinin iştirakı ilə "Dini radikalizm və ekstremizmlə mübarizədə milli-mənəvi dəyərlərimizin rolu"  mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə ŞİH-nin, şəhər polis şöbəsinin məsul əməkdaşları, din xadimləri, pedaqoji kollektiv iştirak edib.

Vətənimizin azadlığı uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ŞİH-nin sektor müdiri-Dini qurumlarla işin təşkilatçısı Ülfət Əliyev əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan, bu gün Möhtərəm  Prezidentimiz  cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətlərinin Azərbaycan modelinin formalaşdığını və bu modelin dünya üçün bir nümunə olduğunu diqqətə çatdıraraq dini radikalizmin qarşısının alınmasında gənclərin maarifləndirilməsinin əhəmiyyətindən danışıb.

Tədbirdə çıxış edən digər natiqlər dini radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri barədə məlumat verib. Bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən, dini radikalizmlə və ekstremizmlə mübarizə sahəsində görülən işlərdən bəhs olunub.  Xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin fəal təbliğ edilməsinin vacibliyi vurğulanıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər