Dövlət Təhlükəsizlik Xidməti işçilərinin peşə bayramı qeyd edilib
Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur.
Ümummilli Lider Heydər Əliyevin 23 mart 1997-ci ildə imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qayğısı ilə daim təkmilləşən Dövlət Təhlükəsizliyi Xidmətinin milli maraqlarımızın və təhlükəsizliyin etibarlı təminatı istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyəti tarixin şərəfli səhifələrini yazır, Vətənin və xalqın təhlükəsizliyinin qorunmasında müstəsna xidmətlər göstərir.
Dövlət Təhlükəsizlik Xidməti işçilərinin peşə bayramı münasibəti ilə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı, Dövlət Təhlükəsizlik Xidmətinin Goranboy rayon şöbəsinin rəisi və hüquq-mühafizə orqanlarının rəhbərləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstələri düzərək, xatirəsini böyük ehtiramla anıblar.