Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Naftalanda vətəndaşları qəbul edib

16 fevral 2024 | 14:17

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Naftalan şəhərində vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Agentliyin sədri və Naftalan ŞİH-nin başçısı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Qəbulda edilən müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, suvarma suyunun limitinin artırılması, yeni subartezian quyularının qazılması və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər araşdırılması üçün nəzarətə götürülərək aidiyyəti üzrə tapşırıqlar verilib.

Keçidlər