Şriftin ölçüsü :

Saytın rəngi :

“Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib

28 noyabr 2026 | 13:05

Naftalanda Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Şəhər İcra Hakimiyyətinin əməkdaşları, eləcə də şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan dövlət qulluqçuları iştirak ediblər.

İlk olaraq Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün və suverenliyimizin qorunması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər qeyd ediblər ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı və əvəzsiz xidmətləri ilə bağlıdır. Bildirilib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar dövlət qulluğunda şəffaflığın, peşəkarlığın və idarəetmənin səmərəliliyinin artırılmasına xidmət edir.

Tədbirdə Şəhər İcra Hakimiyyətinin əməkdaşı Şahmar Ədilov “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda çıxış edərək dövlət qulluqçularının fəaliyyətində qanunun aliliyi, dürüstlük, qərəzsizlik, məsuliyyət və vətəndaş məmnunluğunun əsas prinsiplər olduğunu vurğulayıb. O, həmçinin dövlət qulluğu sahəsində aparılan islahatlar, qəbul edilmiş normativ hüquqi aktlar və peşəkar kadr potensialının formalaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.

Həmçinin Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş Dövlət Qulluğu Məcəlləsinin mahiyyəti, əsas yenilikləri və dövlət qulluğu sahəsində edilmiş dəyişikliklər barədə iştirakçılara ətraflı məlumat verib. Yeni hüquqi tənzimləmələrin dövlət qulluğunun daha çevik, səmərəli və peşəkar əsaslarla təşkilinə töhfə verəcəyini bildirib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Keçidlər