Dövlət İmtahan Mərkəzi tərəfindən təlim keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə 25-28 avqust 2026-cı il tarixlərində Naftalan şəhərində dövlət qulluğunun təkmilləşdirilməsi və dövlət qulluqçularının peşəkar inkişafına dəstək məqsədilə “Ünsiyyət bacarıqlarının inkişafı”, “Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi”, “Cəmiyyətə xidmət psixologiyası: dövlət qulluqçusunun daxili motivasiyası” mövzularında dövlət qulluqçuları üçün təlimlər keçirilib.
Təlimlər zamanı dövlət qulluqçularının effektiv ünsiyyət qurmaq, vakant inzibati vəzifələrin idarə olunması, iş prosesində motivasiyanın artırılması, vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi və peşəkar fəaliyyətin səmərəli təşkili ilə bağlı bilik və bacarıqları artırılıb. Həmçinin mövzuya dair praktik nümunələr əsasında müzakirələr aparılıb, sual-cavab sessiyaları təşkil olunub.















