Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət İmtahan Mərkəzi tərəfindən təlim keçirilib

30 sentyabr 2025 | 14:25

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü və “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 3.2-ci və 8.10.1-ci bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə 23-26 sentyabr 2025-ci il tarixlərində Naftalan şəhərində dövlət qulluğunun təkmilləşdirilməsi və dövlət qulluqçularının peşəkar inkişafına dəstək məqsədilə “Dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün idarəetmə sahəsində, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı”, “Dövlət qulluqçularının etik davranışı”, “Dövlət qulluğuna qəbul: nəzəri və praktiki məsələlər”, Dövlət qulluğunda vəzifələrin və ehtiyat kadrların idarə edilməsi” və “Dövlət müəssisələrində səmərəli ünsiyyət və komanda işi: qarşılıqlı əlaqənin təkmilləşdirilməsi üçün psixoloji vasitələr” mövzularında dövlət qulluqçuları üçün təlimlər keçirilib.

Təlimlər zamanı iştirakçılara dövlət qulluğu sistemində vəzifə kateqoriyalarının müəyyən olunması, kadr ehtiyatı bazasının yaradılması, ehtiyat kadrların seçilməsi meyarları, onların inkişaf etdirilməsi strategiyaları və insan resurslarının idarə olunmasında innovativ metodlar haqqında geniş məlumat verilib. Həmçinin mövzuya dair praktik nümunələr əsasında müzakirələr aparılıb, sual-cavab sessiyaları təşkil olunub.

Keçidlər