Dövlət Agentliyinin sədri Naftalanda qəbul keçirib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Naftalan şəhərində vətəndaşları qəbul edib.
Qəbuldan öncə ƏƏSMN tabeliyində Naftalan şəhər Reabilitasiya Mərkəzində olan şəhər icra başçısı və Agentliyin sədri burada müalicə alan ümumi əlilliyi olan şəxslərlə, qazilərlə görüşüb, onların səhhəti ilə maraqlanaraq aldıqları reabilitasiya xidmətləri ilə tanış olublar.
Daha sonra keçirilən qəbul zamanı əlilliyin qiymətləndirilməsi, ünvanlı sosial yardım, özünüməşğulluq, reabilitasiya xidmətləri və əlilliyin gücləndirilməsi ilə bağlı vətəndaşların müraciətləri dinlənilərək həlli üçün qeydiyyata götürülmüşdür.
Qəbulda Naftalan və Goranboy sakinləri iştirak edib.